Almaniya millisinin üzvü "Ayaks"da - RƏSMİ

15:12 - 1 Avqust 2026

"Borussiya"dan ayrılan Yulian Brandtın yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, almaniyalı futbolçu karyerasını Niderlandda davam etdirəcək.

Brandt "Ayaks"la anlaşıb. 30 yaşlı hücumameyilli yarımmüdafiəçi Amsterdam nəhəngi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Yulian Brandt 2019-cu ilin yayından "Borussiya"da çıxış edirdi. Almaniya millisinin üzvü 2025/26 mövsümündə Dortmund təmsilçisinin heyətində meydana çıxdığı rəsmi 41 matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti