UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Dinamo”nun (Kiyev) məşqçilər korpusu əsas komandanın hazırlıq prosesinə 18 yaşlı yarımmüdafiəçi Pavel Lyusini cəlb edib.
Sportal.az xəbər verir ki, “UA-Football” nəşri “Qarabağ”la görüşdən əvvəl Ukrayna klubu ilə bağlı bunları yazıb:
“Ukrayna təmsilçisi Avropa Liqasından kənarlaşdıqdan sonra bütün diqqətini "Qarabağ"a qarşı keçiriləcək iki oyuna yönəldib. Bu çərçivədə baş məşqçi İqor Kostyukun rəhbərlik etdiyi texniki heyət gənc futbolçuya əsas komanda ilə məşq etmək imkanı verib. Pavel Lyusin son olaraq U-21 komandasında uğurlu çıxışı ilə diqqət çəkib. Avqustun 1-də keçirilən qarşılaşmada dubl edən 18 yaşlı yarımmüdafiəçi bu performansının mükafatı olaraq əsas komandanın hazırlıq prosesinə cəlb olunub”.
Qeyd edək ki, "Dinamo" ilə "Qarabağ" arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu 6 avqustda Polşada keçiriləcək.
