"Qalatasaray"ın da istədiyi futbolçuya "Roma"dan 25 milyon avroluq təklif

00:41 - 10 Avqust 2026

"Roma" “Portu”ya Rodriqo Mora üçün 25 milyon avro məbləğində rəsmi təklif göndərib.

Sportal.az xəbər verir i, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, “Portu” 19 yaşlı yarımmüdafiəçi üçün həmişə daha yüksək məbləğ tələb edib. Portuqaliya klubu artıq bir həftədir "Qalatasaray" ilə də danışıqlar aparır. Danışıqlar prosesini Jorje Mendeş idarə edir.

Daha əvvəl bildirilmişdi ki, Mora transferi “Qalatasaray” üçün prioritet variantdır. Əgər türkiyəlilər bu keçidi reallaşdıra bilməsələr, klub “Lokomotiv”in yarımmüdafiəçisi Aleksey Batrakova yönələcək.

Xəbər xətti