İngiltərənin "Liverpul" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Barselona"dan Ronald Arauxonu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı uruqvaylı mərkəz müdafiəçisi 2026/27 mövsümünün sonuna kimi "Liverpul"un formasını geyinəcək.
Qeyd edək ki, Uruqvay millisinin üzvü olan Ronald Arauxo 2025/26 mövsümündə "Barselona"nın heyətində meydana çıxdığı 38 rəsmi matçda 4 qol vurub.
saytlarin hazirlanmasi
