"Qarabağ"la matç üçün 25 futbolçu

12:33 - 12 Avqust 2026

Ukraynanın “Dinamo”(Kiyev) klubu Konfrans Liqasının təsnifat mərhələsinin üçüncü turunun “Qarabağ”la cavab oyunu üçün (ilk oyun 1:0 hesablı qələbə ilə başa çatıb) heyəti bəlli olub.

Sportal.az xəbər verir ki, Kiyev klubunun çalışdırıcısı İqor Kostyuk Azərbaycan paytaxtına 25 futbolçu gətirib.

Qapıçılar: Boris Manko, İlya Olxovoy, Vyaçeslav Surkis;

Müdafiəçilər: Kristian Bilovar, Vladislav Dubinçak, Tomaş Kedziora, Navin Malış, Taras Mihavko, Oleksiy Sıç, Oleksandr Tımçik, Aliu Tiare

Yarımmüdafiəçilər: Vladimir Brajko, Vitali Buyalski, Vladislav Kabayev, Castin Lonveyk, Pavel Lyusin, Nikolay Mixaylenko, Şola Oqundana, Boqdan Reduşko, Valentin Rubçinski, Nikolay Şaparenko, Andrey Yarmolenko;

Hücumçular: Eduardo Gerrero, Pyer Munqenqe, Matvey Ponomarenko

"Qarabağ" - "Dinamo" matçı sabah Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və oyuna 20:00-da start veriləcək.
 

Xəbər xətti