Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Danimarkanın “Orhus” klubunu keçən “Sabah”ın qazancı bəlli olub.
Sportal.az xəbər verir ki, ilk oyunda rəqibinə 1:2 uduzmuş “Sabah” evdə rəqibinə 4:0 qlaib gəlib.
Azərbaycan çempionu təsnifat mərhələsinin pley-offunda İsrailin “Hapoel Beer-Şeva" klubunu turnirdən uzaqlaşdırıb, Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanarsa, 18.620.000 avro (təxminən 36,5 milyon manat) əldə edəcək. Bu məbləğ əsas mərhələdə iştirak edən hər bir iştirakçı klub üçün təmin ediləcək.
Əgər Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv İsrail klubuna uduzub, Avropa Liqasının əsas mərhələsinə yollanarsa, iştiraka görə 4.310.000 avro (təxminən 8,5 milyon manat) qazanacaq. Çempionlar Liqasının seçmə pley-off mərhələsində uduzan hər bir komanda həmçinin 4.290.000 avro (təxminən 8,4 milyon manat) alacaq. Beləliklə, “Sabah” hazırkı durumda, bu mərhələyə qədər ən azından 8.600.000 milyon avronu (təxminən 16.9 milyon manat) qazanıb.
Qeyd edək ki, “Sabah” və “Hapoel Beer-Şeva” klubları arasında ilk görüş avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək. Cavab matçı isə avqustun 25-də Tofiq Bəhramov adına stadionda baş tutacaq.
saytlarin hazirlanmasi
