Danimarka mətbuatında UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Sabah" - "Orhus" oyunundan öncə stadionun qarşısında qonaq komandanın azarkeşlərinə hücum edilməsi barədə məlumat yayılıb. Xəbərdə yerli fanatların danimarkalı azarkeşlərə hücum edərək onlara xətər yetirdikləri qeyd edilib.
Sportal.az araşdırma aparıb və məlum olub ki, azarkeşlər arasında qarşıdurmanı başladan tərəf "Orhus"un tərəfdarları olub. Belə ki, qonaq azarkeşlər öz sifariş etdikləri mini avtobuslarla stadiona gələrkən avtobusu sırf "Sabah" azarkeşlərinin toplaşaraq komandanı gözlədikləri məkana sürdürüblər. Avtobusdan düşdükdən sonra isə "Sabah" azarkeşlərini müxtəlif ifadələrlə və hərəkətlərlə provakasiyaya çəkiblər. Bundan sonra azarkeşlər arasında müəyyən qarşıdurma yaşanıb, polisin müdaxiləsindən sonra ara sakitləşib.
Maraqlıdır ki, danimarkalı azarkeşlərin əksəriyyəti 30-40 yaşlarında yetişkin insanlar olsa da, Sabah azarkeşlərinin əsasını 16-17 yaşlı yeniytemə və gənclər təşkil edir. Buna baxmayaraq, danimarkalı jurnalistlər hadisəni kontekstdən çıxararaq öz azarkeşlərinə zərərçəkmiş obrazı yaratmağa çalışıblar.
saytlarin hazirlanmasi
