"Əsas məqsədimiz qələbə qazanmaqdır" - "Dinamo"nun hücumçusu

18:50 - 12 Avqust 2026

Kiyev "Dinamo"sunun hücumçusu Matvey Ponomarenko UEFA Konfrans Liqası III təsnifat mərhələsinin "Qarabağ"la cavab matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, 20 yaşlı forvard əsas məqsədlərinin qələbə qazanmaq olduğunu deyib:

“Düşünürəm ki, çətin oyun olacaq. Əsas məqsədimiz qələbə qazanmaqdır. "Qarabağ"a qarşı oyun əlavə motivasiya verirmi? Əlbəttə. Onları ötən mövsüm izləmişəm. Bizi maraqlı və çətin oyun gözləyir. Ciddi şəkildə hazırlaşmışıq. Düşünürəm ki, yaxşı oyun alınacaq”.

Qeyd edək ki, "Qarabağ" - "Dinamo" qarşılaşması sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Komandalar arasındakı ilk matç Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti