"İmişli" qapıçı transfer etdi

19:55 - 12 Avqust 2026

“İmişli” heyətini gənc və perspektivli qapıçı Ayxan Abbaszadə ilə gücləndirib.

Sportal.az xəbər verir ki, 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü olan qapıçı klubla 2+1 illik müqavilə imzalayıb.

Ayxan peşəkar futbol karyerasına “Turan Tovuz”da başlayıb və 8 il bu klubun formasını geyinib.

Bundan sonra Ayxan Abbaszadə “İmişli”nin qapısını qoruyacaq və klubun uğurları üçün mübarizə aparacaq.

Xəbər xətti