"İlk oyun göstərdi ki, bu "Qarabağ" ötən mövsümdəki qədər güclü və koordinasiyalı deyil"

20:30 - 12 Avqust 2026

Ukraynalı jurnalist və şərhçi Viktor Vatsko UEFA Konfrans Liqası III təsnifat mərhələsinin "Qarabağ"la "Dinamo" arasında keçiriləcək cavab görüşü barədə danışıb.

Sportal.az xəbər verir ki, o, Kiyev təmsilçisinin mərhələni adlamaq şansının yüksək olduğunu deyib:

"Hər iki komanda cavab oyununa problemlərlə yaxınlaşır. Əgər "Qarabağ"da əsasən keçmiş liderlərin itirilməsindən və yenilənmiş komandanın, ilk növbədə, hücum xəttində olan oyunçuların bir-birini hələ tam anlamamasından söhbət gedirsə, "Dinamo"da demək olar ki, bütün futbolçular bir-birini və məşqçinin tələblərini mükəmməl bilir. Lakin müdafiədəki səhvləri aradan qaldırmaq zərurəti hələlik "ağ-göylər" üçün bir növ sabit olaraq qalır.

​Bununla əlaqədar olaraq, Azərbaycandakı matçdan çoxlu qollar gözləmək çətindir. Əgər məhz bu cütün qalibindən danışmaq istəyirsinizsə, deyə bilərəm ki, mərhələni adlayan tərəf "Dinamo" olacaq. Üstəlik, ilk oyun göstərdi ki, bu "Qarabağ" ötən mövsümdəki qədər güclü və koordinasiyalı deyil".

Qeyd edək ki, "Qarabağ" - "Dinamo" qarşılaşması sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Komandalar arasındakı ilk matç Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti