Lukaku İstanbul klubunda - RƏSMİ

21:13 - 12 Avqust 2026

Türkiyənin "Fənərbaxça" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Napoli"dən Romelu Lukakunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yerli mətbuatın yazdığına görə, "Fənərbaxça" belçikalı forvard üçün İtaliya klubuna 6 milyon avro təzminat ödəyib. 33 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, "Napoli" Romelu Lukakunu 2024-cü ilin yayında "Çelsi"dən 30 milyon avroya transfer edib. Belçika millisinin üzvü 2025/26 mövsümündə Neapol təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti