"Yuventus"dan ayrılan Duşan Vlahoviçin yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, serbiyalı hücumçu karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Vlahoviç "Beşiktaş"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı forvard İstanbula gedib yeni klunu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Duşan Vlahoviç 2025/26 mövsümündə "Yuventus"un heyətində meydana çıxdığı 23 rəsmi matçda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
