Nobel Mendi “Rayo Valyekano”dan "Hall Siti"yə transfer olunub.
Sportal.az xəbər verir ki, Premyer Liqaya qayıdan “Hall Siti” 21 yaşlı Seneqal millisinin müdafiəçisi ilə “5+1” formatında müqavilə imzalayıb.
Klubun açıqlamasına görə, transfer “Hall Siti”nin tarixində rekord olub. Türkiyəli iş adamı Acun Ilıcalının sahiblik etdiyi klub bu keçid üçün 25 milyon avro ödəyəcək.
Qeyd edək ki, avqustun 5-də “Hall Siti” Konstantinos Tzolakisi “Olimpiakos”dan 17 milyon funt sterlinqə (20 milyon avro) transfer edərək klub rekordunu müəyyənləşdirmişdi. Mendi transferi isə bu göstəricini geridə qoyub.
Mendi ötən mövsüm La Liqada 24 oyuna çıxıb, 2 qol vurub, 7 sarı və 2 qırmızı vərəqə alıb.
saytlarin hazirlanmasi
