Premyer Liqa klubu ikinci dəfə vingeri icarəyə götürdü

22:49 - 12 Avqust 2026

Evann Qessan daha bir mövsüm "Kristal Pelas"da çıxış edəcək.

Sportal.az xəbər verir ki, London klubu vingeri "Aston Villa"dan icarə əsasında heyətinə qatıb. Müqavilədə futbolçunu sonradan transfer etmək opsiyası da nəzərdə tutulub.

Qeyd edək ki, Qessan ötən mövsümün ikinci yarısını da "Kristal Pelas"da keçirib. Klub həmin icarə müqaviləsində nəzərdə tutulan 30 milyon avroluq satınalma opsiyasını aktivləşdirməyib.

Fil Dişi Sahili millisinin üzvü ötən mövsüm Premyer Liqada "Kristal Pelas" forması ilə 8 oyunda 1 qol və 1 assist, "Aston Villa" ilə isə 13 oyunda 1 assist edib.

Xəbər xətti