"Qəbələ"dən ayrılan futbolçu "Qarabağ"ın rəqibinə qol vurdu - VİDEO

19:11 - 14 Avqust 2026

"DAK 1904" UEFA Konfrans Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində doğma meydanda Niderlandın "Tvente" klubu ilə üz-üzə gəlib.

Sportal.az xəbər verir ki, görüş 3:3 hesablı bərabərliklə başa çatıb.

Slovakiya təmsilçisinin qollarından birini yayda "Qəbələ"dən "DAK 1904"ə transfer olunan Prins Ovusu vurub. Qanalı vinger komandasının 3-cü qolunun müəllifi olub.

Qeyd edək ki, "DAK 1904"ü mübarizədən kənarlaşdıran "Tvente" Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la üz-üzə gələcək.

Xəbər xətti