"Qarabağ"dan ayrılan futbolçu Azərbaycanı tərk etdi - ÖZƏL

22:24 - 14 Avqust 2026

"Qarabağ"ın futbolçusu Abdullah Zubir uzun illərdən sonra Ağdam klubundan ayrılıb. Fransalı yarımmüdafiəçi bu gün Azərbaycanı tərk edib. Zubir karyerasını Qətərdə davam etdirəcək.

Sportal.az xəbər verir ki, 34 yaşlı futbolçu 2018-ci ildə Fransanın “Lans” klubundan “Qarabağ”a transfer olunmuşdu. O, ötən illər ərzində Ağdam təmsilçisinin əsas aparıcı futbolçularından birinə çevrilib və komandanın kapitanı idi.

Əldə etdiyimiz məlumata görə, fransalı futbolçu bir neçə dəqiqə əvvəl Heydər Əliyev adına beynəlxalq hava limanından paytaxtı tərk edərək, Qətərə uçub. Təcrübəli futbolçu bundan sonra Qətərin “Əl-Şahaniya” klubunda çıxış edəcəyi gözlənilir. Tərəflər arasında müqavilə ilə bağlı razılığın əldə olunduğu daha əvvəl də bildirilmişdi. Beləliklə, Abdullah Zubirin “Qarabağ”dakı uzunmüddətli macərası başa çatıb.

Xəbər xətti