"Benfika"nın müdafiəçisi Amar Dediç karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Nyukasl" bosniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunduğu bildirilir. "Nyukasl" 23 yaşlı sağ cinah müdafiəçisi üçün 35 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Benfika" Amar Dediçi 2025-ci ilin yayında "Zaltsburq"dan transfer edib. Bosniya və Herseqovina millisinin üzvü Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
