"Sumqayıt"ın yarımmüdafiəçisi əməliyyat olundu - 5 ay oynamayacaq

15:08 - 17 Avqust 2026

“Sumqayıt” Futbol Klubunun əsas komandasının üzvü Səbuhi Abdullazadə əməliyyat olunub.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bakıdakı özəl xəstəxanaların birində keçirilən əməliyyat uğurla başa çatıb. Futbolçu təxminən 5 ay sonra meydana dönə biləcək.

Qeyd edək ki, Səbuhi Abdullazadə "Neftçi"yə qarşı Misli Premyer Liqasının I turunun qarşılaşmasının 74-cü dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra meydandan kənarda əli ilə dəhlizin şüşəsini sındırıb. Böyük şüşə parçası ayağına düşərək yarımmüdafiəçini ciddi zədələyib.

Xəbər xətti