PAOK-un yarımmüdafiəçisi Giannis Konstantelias karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Borussiya" yunanıstanlı futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Dortmund klubu Konstantelias üçün 32 milyon avro təzminat ödəyəcək. 23 yaşlı hücumameyilli yarımmüdafiəçi "Borussiya" ilə 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Giannis Konstantelias PAOK-un yetirməsidir. Yunanıstan millisinin üzvü 2025/26 mövsümündə Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 14 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
