"Milan"ın hücumçusu İngiltərə Premyer Liqasına qayıda bilər.
Sportal.az xəbər verir ki, "Nyukasl" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Sport Mediaset" məlumat yayıb.
"Ağ-qaralar" Nkunku üçün İtaliya klubuna 30 milyon aavro ödəməyə hazırdır. 28 yaşlı forvardla "Aston Villa" da maraqlanır.
Qeyd edək ki, "Milan" Krostofer Nkunkunu 2025-ci ilin yayında "Çelsi"dən 37 milyon avroya transfer edib. Fransa millisinin sabiq üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
