"Liverpul" PSJ-nin gənc vingeri ilə razılığa gəldi - 5 illik müqavilə

23:19 - 17 Avqust 2026

“Liverpul” PSJ-nin vingeri İbrahim Mbayenin transferinə yaxınlaşıb.

Sportal.az xəbər verir ki, “Liverpul” 18 yaşlı seneqallı vingerlə 5 illik müqavilənin şərtlərini razılaşdırıb. Mbaye “Bayer”lə danışıqlardan imtina edib, çünki karyerasını “Liverpul”da davam etdirmək istəyir.

“Liverpul”un planı yalnız Mbaye ilə məhdudlaşmır. İngiltərə klubu eyni zamanda Bredli Barkolanı da transfer etmək istəyir və hər iki futbolçu üçün PSJ ilə ikili transfer üzərində danışıqları davam etdirəcək. Mbaye ilə şəxsi razılaşmanın əldə olunması transfer haqqı məsələsinin həll edildiyi anlamına gəlmir. Əsas müzakirə indi klublar arasındadır.

Xəbər xətti