Natan Nqumu dörd ildən sonra Almaniyadan ayrılaraq Fransa çempionatına qayıdıb.
Sportal.az xəbər verir ki, vingerin transferini “Nitsa” klubu açıqlayıb. “Borussiya” (Münhenqladbax) bu keçiddən sabit transfer məbləği əldə etməyib. Lakin müəyyən şərtlər yerinə yetiriləcəyi təqdirdə Fransa klubu Almaniya təmsilçisinə 500 min avro ödəyəcək və futbolçunun növbəti satışından 10% pay verəcək.
Nqumu ötən mövsümü Axilles vətərinin zədəsi səbəbindən buraxıb. 2024/25 mövsümündə isə Almaniya çempionatında 19 oyunda 2 qol vurub.
saytlarin hazirlanmasi
