“Yuventus” “Milan”ın iki futbolçusunu transfer edə bilər.
Sportal.az xəbər verir ki, daha əvvəl Turin klubunun “Milan”ın yarımmüdafiəçisi Yussuf Fofana ilə maraqlandığı bildirilmişdi. "Sky Sport"un məlumatına görə, “Yuventus” uzun müddətdir maraq göstərdiyi mərkəz müdafiəçisi Fikayo Tomorini də izləməyə davam edir.
Qeyd olunur ki, Yussuf Fofana və Fikayo Tomori “Milan”ın baş məşqçisi Ruben Amorimin qərarı ilə transferə çıxarılan futbolçular siyahısındadır.
Tomori ötən mövsüm A Seriyasında 33 oyunda 2 məhsuldar ötürmə edib, 6 sarı və 1 qırmızı vərəqə alıb.
Fofana isə 33 matçda 2 qol, 3 assist edib və 5 sarı vərəqə ilə cəzalandırılıb.
saytlarin hazirlanmasi
