"Tottenhem"dən "Liverpul"un niderlandlı futbolçusuna yeni təklif - "şəhərlilər" də mübarizəyə qoşuldu

00:28 - 25 Avqust 2026

"Tottenhem" Kodi Qakponun transferi üzərində işini davam etdirir.

Sportal.az "Soccernews"a istinadən xəbər verir ki, London klubu yaxınlarda niderlandlı vinger üçün 60 milyon funt-sterlinq məbləğində rəsmi təklif göndərib, lakin "Liverpul" bu təklifi rədd edib. Buna baxmayaraq, “Tottenhem” Qakponu transfer etmək istəyir və yeni təklif hazırlayır. 27 yaşlı vingerin transferində baş məşqçi Roberto De Zerbi israr edir.

“Liverpul” Qakponu yalnız maliyyə baxımından daha sərfəli təklif gəldiyi halda sata bilər. Bundan əlavə, Mersisayd klubu əvvəlcə özü daha bir hücumçu transfer etmək istəyir.

Bildirilir ki, Qakpo uğrunda mübarizəyə "Mançester Siti" də qoşulub. “Şəhərlilər” futbolçunun tərəfinə ona maraq göstərdiklərini bildiriblər, lakin hələ “Liverpul”la əlaqə saxlamayıblar. Bu məlumatı Fabritsio Romano da təsdiqləyib.

Bununla belə, “Mançester Siti” Qakponu “Tottenhem”dən fərqli olaraq əsas heyətdə yeri təmin olunmuş futbolçu kimi nəzərdən keçirmir. Niderlandlını heyətin dərinliyini artırmaq üçün transfer edə bilərlər.

Xəbər xətti