"Sabah"da braziliyalı futbolçu - RƏSMİ

22:03 - 1 Sentyabr 2026

Son ölkə çempionu “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, bu barədə klubun mıtbuat xidməti məlumat yayıb. Braziliyalı yarımmüdafiəçi Du Keyros Rusiyanın “Zenit” klubundan icarəyə götürülüb. Müqaviləyə əsasən, 26 yaşlı futbolçu cari mövsümün sonunadək “Sabah”ın üzvü olacaq.

Klub icarə müddəti başa çatdıqdan sonra futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir.

Qeyd edək ki, Du Keyros karyerası ərzində Braziliyanın “Korintians” (2021-2023), “Qremio” (2024) və “Sport Resife” (2025), Rusiyanın isə “Zenit” (2023-2024) və “Orenburq” (2025-2026) klublarında çıxış edib.

Xəbər xətti