"Qarabağ"ın yeni transferi hansı klubdan imtina edib? - Azərbaycana gəlmək üçün bu ölkəyə getmədi

11:34 - 31 Avqust 2026

"Qarabağ"ın APOEL-dən icarəyə götürdüyü Dieqo Rosa Azərbaycana gəlmək üçün bir çox təklifdən imtina edib.

Sportal.az saytına verilən məlumata görə, braziliyalını israrla transfer etmək istəyən, onun üçün APOEL-ə rəsmi təklif də göndərən "Makkabi"yə keçmək istəməyib.

Rosa "Qarabağ"a keçməkdən ötrü İsrail nəhənginin təklifini geri çevirib.

Qeyd edək ki, anlaşmaya əsasən, 1 illik icarə müddətinin sonunda “Qarabağ”ın 23 yaşlı yarımmüdafiəçini transfer etmək opsiyası var.

O, Ağdam klubunda 33 nömrəli forma ilə çıxış edəcək. 2021-ci ildə “Qremio”dan “Mançester Siti”yə transfer olunan Rosa “Lommel” (Belçika), “Vizela” (Portuqaliya), “Bahia” və “İnter” (hər ikisi Braziliya) klublarında çıxış edib. Dieqo 2025-ci ildə APOEL-ə keçib. Rosa Braziliyanın U-16 və U-17 milli komandalarında çıxış edib.

Xəbər xətti