"Barselona"nın yarımmüdafiəçisi Toni Fernandes karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu "Venetsiya"ya keçəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
A Seriyası klubu Fernandes üçün 4 milyon avro təzminat ödəyəcək. Kataloniya təmsilçisi 18 yaşlı hücumameyilli yarımmüdafiəçinin növbəti satışından 50 faiz pay əldə edəcək.
Qeyd edək ki, Toni Fernandes "Barselona"nın yetirməsidir. Gənc oyunçu mövsümün əvvəlində La Liqa nəhənginin əsas komandasına cəlb olunub.
saytlarin hazirlanmasi
