"Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində "Tvente"yə 1:4 hesabı ilə məğlub olaraq avorkuboklarda mübarizəni dayandırmalı olub.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Tvente"nin baş məşqçisi Con van den Brom matç haqda fikirlərini bildirib:
"Hər iki oyuna kifayət qədər yaxşı hazırlaşmışdıq. Sadəcə ilk matçda şanssızlıq səbəbindən məğlub olduq. Rəqibi çox yaxşı təhlil etmişdik, çalışmışdıq. Bunun sayəsində qələbə qazandıq. "Qarabağ"ın qolundan sonra oyuna bir qədər də ciddi yanaşdıq və istəyimizə nail olduq. 4:1 hesabı ilə qalib gələ bilmişiksə, bu, qarşılaşmanın çox çətin keçmədiyini göstərir".
saytlarin hazirlanmasi
