"Zirə"nin qapıçısı Aydın Bayramov Sportal.az saytına müsahibə verib.
- “Zirə” son matçında "İmişli"yə qalib gəlməyi bacardı. Həmin görüşdə komandanın performansını necə dəyərləndirirsən? "Şəfa" ilə matçda sanki komanda daha çox çətinlik çəkdi?
- “İmişli” ilə matçda komandanın performansını ümumi götürsək, müsbət dəyərləndirirm. Əsas məqsədimiz qələbə qazanmaq idi və bunu da bacardıq. “Şəfa” ilə müqayisədə, bu matçda bəzi məqamlarda daha rahat və inamlı oynadıq. Lakin mövsümün əvvəlidir, qarşıdakı matçlarda daha da yaxşı çıxış etməliyik.
İlk iki turdan sonra altı xal yəqin ki, sizin üçün əsas hədəf idi? Çünki “Zirə”ni ağır qrafik gözləyir. Ardıcıl olaraq "Neftçi", "Sabah", "Qarabağ" və "Turan Tovuz"la qarşılaşacaqsınız.
- Yəqin ki, bu dörd turdan əvvəl maksimum xal yığmağa məcbur idiniz?
- Bəli, ilk iki turdan sonra maksimum xal toplamaq bizim üçün çox vacib idi. Qarşıda çox çətin oyunlarımız var. “Neftçi”, “Sabah”, “Qarabağ”, “Turan Tovuz” kimi güclü rəqiblərlə qarşılaşacağıq. Ona görə də bu matçlarda maksimum xallar toplayaraq, yaxşı əhval-ruhiyyə ilə qarşıdakı görüşlərə addımlamaq istəyirdik. İndi əsas diqqətimizi qarşıdakı matçlara yönəltmişik.
- Həm "Şəfa", həm də "İmişli"dən fərqli olaraq, siz artıq dörd rəsmi oyun keçirmişdiniz. Bunun sizin üçün daha yaxşı olduğunu hiss edirsiz özünüz?
- Əlbəttə ki, rəsmi oyunların çox olması üstünlük verir. Biz artıq avrokuboklarda 4 rəsmi oyun keçirmişik və bu matçlar komandanın ritm tapmasına kömək edib. Həm fiziki, həm də taktiki baxımından özümüzü daha hazır hiss edirik. Lakin hər oyun fərqlidir və bu üstünlüyü meydanda göstmrək lazımdır.
- "İmişli" ilə görüşdə Premyer Liqadakı ilk qolunu buraxmış oldun. Amma rəqibin vurduğu qol mübahisələrə açıq idi, həm "İmişli" oyunçuları topu ələ keçirməmişdən əvvəl sanki qayda pozuntusuna yol vermişdi, ötürmə zamanı isə oyundankənar vəziyyət olduğunu iddia edilirdi. Həmin epizoda özün də baxmısan?
- Bəli, epizoda baxmışam. Mənim üçün əsas olan oyunu davam etdirmək və həmin anda sona qədər mübarizə aparmaqdır. Hakim qərarını verdi. Epizodda mübahisəli məqamların olduğunu düşünənlər də ola bilər. Artıq həmin oyunu geridə qoymuşuq. Mənim üçün daha vacib olan qarşıdakı oyunlardır.
- Qarşıdakı turda bəlkə də turun ən maraqlı oyunu məhz Zirədə keçiriləcək. "Neftçi"yə qarşı oyundan gözləntiniz nədir? Son illərdə bu iki komandanın xüsusən də Zirədəki matçları çox gərgin və olduqca maraqlı alınır...
- “Neftçi” ilə oyunların həmişə xüsusi atmosferi olur. Xüsusilə də, Zirədə keçirilən matçlar çox gərgin və maraqlı alınır. Biz də bu oyunu səbirsizliklə gözləyirik. Məqsədimiz öz oyunuuz göstərmək, müdafiədə diqqətli olmaq və imkanlarımızdan maksimum istifadə edərək, qələbə qazanmaqdır. Azarkeşlərimizin dəstəyi bizim üçün çox vacib olacaq.
- Nəzərə alaq ki, hər iki komanda iki turdan sonra maksimum xal toplayıb. İndiki "Neftçi" təhlükəli gəlir sizə?
- Hazırkı “Neftçi” böyük hörmətlə yanaşırıq. İki turdan sonra onların da maksimum xalı var və bu məqam onların nə qədər yaxşı formada olduğunu göstərir. Əlbəttə ki, belə rəqib üzərində qalibiyyət bizə həm üç xal, həm də psixoloji baxımından əlavə motivasiya verə bilər. Ancaq biz yalnız rəqibə fokuslanmırıq, öz oyunumuzu düşünürük. Meydanda daha yaxşı olan komanda qalib gələcək. Ümid edirəm ki, bu, məhz “Zirə” olacaq.
Mirbağırağa
saytlarin hazirlanmasi
