"Milan" heyətini isveçrəli futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, “rossonyerlər” Mohamed Zeki Amduni ilə maraqlanır.
İtaliya klubu 25 yaşlı forvardın transferi üçün hərəkətə keçib. İsveçrə millisinin futbolçusu özü də “Milan”a keçməkdə maraqlıdır.
Onun Çempionşip təmsilçisi olan “Börnli” ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
"Milan"ın transfer etmək istədiyi Amduni “Lozanna Sport”, “Bazel”, “Benfika” klublarında çıxış edib. Amduninin atası Türkiyə, anası Tunisdəndir.
