Belçika millisinin sabiq futbolçusu Yannik Karrasko Səudiyyə Ərəbistanında qalmaq niyyətində deyil.
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı vinger “Komo”ya keçə bilər.
Belə ki, “Əl-Şabab”dan ayrılmağı planlaşdıran Yannik İtaliya klubundan təklif alıb.
Hazırda tərəflər arasında danışıq gedir. İlk dəfə Çempionlar Liqasında iştirak edəcək “Komo” belçikalını icarəyə götürməyi düşünür.
Karraskonun “Əl-Şabab”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, “Monako”, “Atletiko”, “Dalian Pro” kublarında oynayıb.
