"Bavariya" futbolçusu Ariyon İbrahimoviçi icarəyə verəcək.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, 20 yaşlı vinger hazırda 4 klubdan təklif alıb.
İbrahimoviç “Roma”, “Atalanta”, “Verder” və “Union Berlin”lə danışıq aparır. O, bu mövsümlük həmin klublardan birinə icarəyə veriləcək.
Almaniyanın U-21 yığmasının üzvünün “Bavariya” ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. İbrahimoviç “Bavariya”dan savayı “Frosinone”, “Latsio”, “Haydenheym” klublarının formasını geyinib.
