İspaniya millisinin sabiq üzvü Adama Traore ölkəsinə geri qayıdıb.
Sportal.az xəbər verir ki, 30 yaşlı vinger "Deportivo"da oynayacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, mövsümün sonuna qədər La Karunya klubunda oynayacaq.
Qeyd edək ki, Traore daha əvvəl “Barselona”, “Vulverhempton”, “Midlsbro”, “Aston Villa” və “Fulhem” kimi klublarda çıxış edib.

