"Qarabağ" 2 transferini də açıqladı - FOTOLAR

22:11 - 27 Avqust 2026

“Qarabağ” iki yeni transferini rəsmiləşdirib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi nigeriyalı hücumçu Taofik İsmahil və almaniyalı vinger Reda Xadranı heyətinə qatıb.

Taofik İsmahil Polşanın “Qurnik” (Zabje) klubundan transfer olunub. 26 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. O, “Qarabağ”da 19 nömrəli formanı geyinəcək.

Nigeriyalı hücumçu karyerası ərzində Norveçin “Şeyd”, “Fredrikstad”, “Volorenqa”, Fransanın “Loryan”, Belçikanın “Beveren” və Polşanın “Lex” klublarında da çıxış edib. O, 2024-cü ildən “Qurnik”in formasını geyinirdi.

“Qarabağ”ın digər yeni transferi isə Reda Xadradır. Fransanın “Reyms” klubundan gələn 25 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. Xadra komandada 10 nömrəli forma ilə çıxış edəcək.

Dortmund “Borussiya”sının yetirməsi olan futbolçu daha əvvəl “Brayton”, “Birminhem”, “Şeffild Yunayted”, “Blekbern” və “Havr”ın da formasını geyinib. O, Almaniyanın U-18 və U-21 milli komandalarında da çıxış edib.

Qeyd edək ki, Taofik İsmahil və Reda Xadra “Qarabağ”ın yay transfer pəncərəsində müvafiq olaraq 10-cu və 9-cu transferləri olub. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas, Bense Varkonyi və Cebrail Makreçkis komandaya qoşulublar.


Xəbər xətti