"Nottingem Forest" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Çelsi"dən Liam Delapı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Nottingem Forest" ingiltərəli forvard üçün London klubuna 52 milyon avro təzminat ödəyib. 23 yaşlı futbolçu ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, "Çelsi" Liam Delapı 2025-ci ilin yayında "İpsviç Taun"dan 35 milyon avroya transfer etmişdi. İngiltərə U-21 millisinin sabiq üzvü "mavilər"in heyətində meydana çıxdığı 47 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
