Azərbaycan UEFA reytinqində liderdir

15:13 - 27 Avqust 2026

Azərbaycan UEFA reytinqində 2026/27 mövsümünün lideridir.

Sportal.az xəbər verir ki, klublarımız cari mövsümdə ölkəmizin aktivinə 5,125 xal yazdırıb. Ötən il 6-cı pillədə olan Azərbaycan 1-ci yerə yüksəlib.

Son 5 mövsümdə isə klublarımız 23,687 reytinq xalı toplayıblar. Hazırda ölkəmiz UEFA reytinqində 25-ci sırada qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan bu mövsüm avrokuboklarda 4 klubla təmsil olunub. "Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb, "Qarabağ" bu gün Konfrans Liqasında pley-offun cavab görüşünə çıxacaq. "Neftçi" və "Zirə" isə əvvəlki mərhələlərdə mübarizəni dayandırıblar.

Xəbər xətti