"Karvan-Yevlax" braziliyalı müdafiəçi transfer etdi

19:14 - 27 Avqust 2026

"Karvan-Yevlax" transfer çalışmalarını davam etdirir.

Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi Armando Melo Dos Santos Brenneri rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı müdafiəçi ilə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu son olaraq Maltanın "Xevkija Tiqers" klubunun formasını geyinib.

Xəbər xətti