"İmişli"də anqolalı yarımmüdafiəçi - RƏSMİ

17:58 - 28 Avqust 2026

“İmişli” yay transfer dövründə daha bir futbolçunu heyətinə qatıb.

Sportal.az xəbər verir ki, Francisko Morais (Deku) bölgə təmsilçisinin yeni üzvüdür. 21 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.

Deku karyerası ərzində Anqolanın “Petro Luanda U19”, eləcə də Portuqaliyanın “Kasterense” və “Alverka B” komandalarının formasını geyinib. Anqolalı yarımmüdafiəçi son olaraq “Alverka B” klubunda çıxış edib.

Xəbər xətti