"Barselona"nın müdafiəçisi Alexandro Balde "Mançester Yunayted"dən sonra daha bir klubun transfer siyahısına düşüb.
Sportal.az xəbər verir ki, "Milan" da ispaniyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
A Seriyası nəhənginin baş məşqçisi Ruben Amorim Baldeni komandasında görmək istəyir. La Liqa klubu 22 yaşlı sol cinah müdafiəçisi üçün 40 milyon avro tələb edir.
Qeyd edək ki, Alexandro Balde "Barselona"nın yetirməsidir. Kataloniya təmsilçisinin baş məşqçisi La Liqanın ilk iki matçında İspaniya millisinin üzvünü heyətə daxil etməyib.
saytlarin hazirlanmasi
