"Fənərbaxça" 12 milyon avroya müdafiəçi transfer etdi - RƏSMİ

10:40 - 29 Avqust 2026

"Fənərbaxça" heyətinə yeni müdafiəçi cəlb edib.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Nitsa"dan Koco Pepra Opponqu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qanalı futbolçunun transferi "Fənərbaxça"ya 12 milyon avroya başa gəlib. 22 yaşlı mərkəz müdafiəçisi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, "Nitsa" Koco Pepra Opponqu 2025-ci ilin yayında "Norrköpinq"dən 2,6 milyon avroya transfer edib. Qana millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti