"Arsenal" ingiltərəli vingerlə yollarını ayırdı - RƏSMİ

19:50 - 28 Avqust 2026

"Arsenal" Reyss Nelsonla yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqanın qalibi ingiltərəli vingerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, Reyss Nelson "Arsenal"ın yetirməsidir. 26 yaşlı futbolçu ötən mövsüm icarə əsasında "Brentford"da çıxış edib. O, komandanın heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti