UEFA Avropa Liqasında Liqa mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, mərasimdə Türkiyənin "Beşiktaş" klubunun da rəqibləri müəyyənləşib.
İstanbul nəhəngi evdə "Marsel" (Fransa), "Union" (Belçika), "Kristal Pelas" (İngiltərə) və "Hapoel"i (Beer Şeva, İsrail) qəbul edəcək. Vinçento İtalyanonun yetirmələri səfərdə isə "Bayer", "Hoffenhaym" (hər ikisi Almaniya), "Seltik" (Şotlandiya), "Omoniya"nın (Kipr) qonağı olacaq.
Qeyd edək ki, Avropa Liqasında əsas mərhələnin oyunlarına sentyabrın 16-da start veriləcək.
saytlarin hazirlanmasi
