"Çelsi"nin müdafiəçisi La Liqa klubunda - RƏSMİ

13:44 - 28 Avqust 2026

"Çesli" müdafiəçi Mamadu Sarrı icarəyə verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi seneqallı futbolçunu "Real Sosyedad"a göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı mərkəz müdafiəçisi mövsümün sonuna qədər La Liqa təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, "Çelsi" Seneqal millisinin üzvü olan Mamadu Sarrı 2025-ci ilin yayında "Strasbur"dan 14 milyon avroya transfer etdikdən sonra elə həmin kluba da icarəyə vermişdi. Gənc oyunçu fevralda London klubuna qayıdıb və 6 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti