"Çelsi"nin yetirməsi olan sabiq futbolçu həlak oldu - səhrada yürüş zamanı

23:13 - 28 Avqust 2026

“Çelsi” akademiyasının keçmiş futbolçusu və klubun sabiq futbolçusu 34 yaşlı Kassius Nyuton Dubay yaxınlığındakı Vadi Nakab ərazisində yürüş zamanı həlak olub.

Sportal.az xəbər verir ki, Nyuton və onun 33 yaşlı dostu Aran Martinson iyulun 18-də havanın temperaturunun 50 dərəcəyə qədər yüksəldiyi şəraitdə yürüşə çıxıblar. Xilasedicilər onların cəsədlərini avtomobildən bir neçə kilometr aralıda aşkar ediblər.

İlkin məlumata görə, ölümə ürək və tənəffüs çatışmazlığı, orqanizmin həddindən artıq qızması və ekstremal istinin təsiri nəticəsində orqanların fəaliyyətini dayandırması səbəb olub.

Qeyd edək ki, Kassius klubun sabiq futbolçusu və məşqçisi Eddi Nyu­tonun oğludur.

Xəbər xətti