"Beşiktaş”ın Matvey Kislyakı 21 milyon avroya transfer etməyə cəhd etdiyi bildirilib.
Sportal.az "Bein Sports"a istinadən xəbər verir ki, klub futbolçu ilə bağlı sorğu göndərib, lakin ÇSKA təklif olunan məbləğdən razı deyil. Müzakirə olunan məbləğ təxminən 21 milyon avrodur. Gözlənilir ki, “Beşiktaş” yekun təklif çərçivəsində bu məbləği artıracaq.
Ödəniş üsulu ilə bağlı fikir ayrılığı var. Məbləğin böyük hissəsinin bonuslar şəklində ödənilməsi Türkiyə klubları arasında geniş yayılmış praktikadır. Məsələn, “Qalatasaray”ın Viktor Osimhen transferində də buna bənzər hal yaşanmışdı.
saytlarin hazirlanmasi
