"Səbail"in baş məşqçisi Elnur Abdullayevin köməkçiləri məlum olub.
Sportal.az xəbər verir ki, 40 yaşlı mütəxəssislə futbolçu karyerasını ərzində "Xəzər Lənkəran", "Sumqayıt", "Kəpəz" kimi klublarda çalışmış Kamran Abdullazadə kömək edəcək. Digər köməkçi isə Əlimirzə Daşzərinidir.
Ramin Tağıyev fiiziki hazırlıq üzrə məşqçi, Babək Allahverdiyev isə qapıçı məşqçisi vəzifəsində çalışacaq.
Qeyd edək ki, "Səbail" 2026/27 mövsümündə I Liqada mübarizə aparacaq.
saytlarin hazirlanmasi
