PSJ-nin istədiyi futbolçu "Bayer"i seçdi

18:36 - 29 Avqust 2026

PSJ-nin transfer siyahısında yer alan Qela Due karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Strasbur"un müdafiəçisi "Bayer"də oynamağı seçib. Bu barədə insayder Saşa Tavolyeri məlumat yayıb.

Fil Dişi Sahili millisinin üzvünün seçimində əsas amil daha çox forma şansı qazanmaq istəməsidir. "Bayer" sağ cinah müdafiəçisi üçün Fransa klubuna 35 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Strasbur" Qela Dueni 2024-cü ilin yayında "Renn"dən 6 milyon avroya transfer edib. 23 yaşlı futbolçu Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 69 rəsmi matçda 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, PSJ-də çıxış edən Dezire Duenin qardaşıdır.

Xəbər xətti