"İnter"in yarımmüdafiəçisi Kristiyan Aslani karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Əl-Cəzirə" albaniyalı futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı dayaq yarımmüdafiəçisi mövsümün sonunadək Asiya təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Kristiyan Aslani 2025/26 mövsümünün ikinci yarısında icarə əsasında "Beşiktaş"da çıxış edib. Albaniya millisinin üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
