"Sabah"ın sabiq kapitanı Filip İvanoviç Sportal.az saytına açıqlama verib.
Serbiyalı müdafiəçi Azərbaycan çempionunun Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmasına münasibət bildirib.
Hazırda Özbəkistanın "Soqdiana" klubunda oynayan 34 yaşlı futbolçu "Sabah"ın hazırkı uğurlarından danışıb:
"Sabah"ın "Hapoel"ə qarşı Bakıdakı matçını da izlədim. Həm “Sabah” klubu, həm də Azərbaycan futbolu üçün böyük uğurdur. “Hapoel” kimi güclü rəqibə qarşı, çətin oyundan qalibiyyətlə çıxdılar. Həqiqətən böyük uğurdur. "Sabah"ın futbolçuları sona qədər əllərindən gələni etməyin vacib olduğunu göstərdilər və sonda buna görə mükafatlandırıldılar... Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmağa layiq idilər. "Sabah" qısa zamanda bu cür uğurlar əldə etdi. ÇL-in liqa mərhələsində də layiqli çıxış edəcəklərinə inanıram. Onları bu uğura görə təbrik edirəm və uğurlar arzulayıram".
İvanoviç 2018-2021-ci illərdə "Sabah"ın formasını geyinib.
Mirbağırağa
saytlarin hazirlanmasi
