"Ötən oyunla müqayisədə, bu matçda daha yaxşı oyun sərgilədik" - Kurban Berdıyev

20:32 - 30 Avqust 2026

Misli Premyer Liqasının III turu çərçivəsində səfərdə "Kəpəz"in qonağı olan "Turan Tovuz" 0:1 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb:

"Ötən oyunla müqayisədə, bu matçda daha yaxşı oyun sərgilədik. Buna baxmayaraq məğlub olduq. Rəqib 1 epizod yaratdı və qol vurdu. Biz çox epizodlar yaratdıq".

- Sizi komandanın oyununda ən çox nə narahat edir?

- Ən çox hücum narahat edir. Balau və Vadjinin tam hazır olmaması bizə probleər yaradır. Ümid edirəm ki, daha yaxşı oyun sərgiləcəyik. 

- Balau və Vadji ilə çempion olmağa ümid edirsinizmi?

- Əlbəttə. 

- Mövsümün əvvəlində "Turan Tovuz" azarkeşlərindən istefa səsləri eşidilirdi. Bu amil sizi narahat edir?

- Məni narahat etmir. 

- Yeni stadionla bağlı düşüncələriniz?

- Ancaq sevinə bilərəm ki, Azərbaycanda belə stadionlar tikilir. 

Orxan Həsənquluyev

Xəbər xətti